İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? - AÇIQLAMA
Cəmiyyət
238
11:47, Bu gün

İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? - AÇIQLAMA

İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərəcədə azalıb.
 
Moderator.az bildirir ki, bu barədə Milli.az-a rayon sakinləri məlumat verib.
 
Yaranmış vəziyyətlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə İsmayıllı rayonundakı Aşıqbayramlı Su Anbarını təmin edən Qəzli-Aşıqbayramlı suaparıcı kanalı torpaq məcralı idi.
 
"Hazırda həmin kanalın beton üzlüklə əvəz olunması işləri həyata keçirilir. Hava şəraiti ilə əlaqədar işlər müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşan kimi işlər davam etdiriləcək", - deyə qurumdan məlumat verilib.
 
Qeyd edək ki, Aşıqbayramlı su anbarı İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayının suyunu bənd vasitəsilə saxlamaq üçün yaradılmış bu göl 1951-ci ildə istifadəyə verilib. Adını yaxınlığındakı eyniadlı kənddən alıb. Su anbarı 5 kəndi suvarma suyu ilə təmin edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər