Şahbuzun bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət
118
10:47, Bu gün

Şahbuzun bəzi kəndlərində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
 
Moderator.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 35 kV-luq Şahbuz hava elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
 
Aparılacaq işlərlə əlaqədar olaraq Şahbuz şəhəri, Nursu, Mahmudoba, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Ağbulaq, Gömür, Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndlərində saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
 
Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər