Tanınmış xanəndəmiz İrandan Bakıya gələrkən saxlanılıb? - Özündən açıqlama (YENİLƏNİB)
Cəmiyyət
280
10:18, Bu gün

Tanınmış xanəndəmiz İrandan Bakıya gələrkən saxlanılıb? - Özündən açıqlama (YENİLƏNİB)

İrandan Bakıya gələrkən hava limanında saxlanılan xanəndə Qəzənfər Abbasov açıqlama verib.
 
Moderator.az xəbər verir ki, Qəzənfər Abbasov “Qafqazinfo”ya açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:
 
“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.
 
***
 
Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.
 
Moderator.az Manset.az-a istinadla xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
 
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
 
Bu barədə məlumatı Q. Abbasov Manset.az-a təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər