İş axtaranlara xəbərdarlıq:
Cəmiyyət
114
00:01, Bu gün

İş axtaranlara xəbərdarlıq: "Tiens" şirkəti insanlara kələk gəlirmiş - İDDİA

Sosial şəbəkələrdə "Tiens" şirkəti ilə bağlı şikayətlərin sayı artmaqdadır.

Vətəndaşlar iddia edirlər ki, şirkət onlardan "işə düzəltmək" adı altında pul alıb, lakin sonradan heç bir işlə təmin etməyib. Bildirilir ki, bu hallar uzun illərdir davam edir. Buna baxmayaraq, şirkət fəaliyyətini davam etdirir.

Baku TV məsələni aydınlaşdırmaq məqsədilə sözügedən şirkətin yerləşdiyi ünvanda çəkiliş aparıb.

 

 

"Tiens" şirkətinin nümayəndəsi Bəxtiyar Cəfərov bildirib ki, məsələ ilə bağlı məlumatlıdırlar və hüquq-mühafizə orqanlarına müvafiq informasiyalar təqdim olunub:

"Hazırda məsələ araşdırılır. "Tiens" şirkətinin konsepsiyasında kimlərinsə məhsul satmağa məcbur edilməsi kimi hallar yoxdur. Biz sadəcə şirkətin Azərbaycandakı nümayəndəliyi olaraq qida əlavələrinin satışı ilə maraqlanan şəxslərə maarifləndirici məlumatlar təqdim edirik".

Bəs vətəndaşlar iş elanlarına baxarkən nələrə diqqət etməlidirlər?

İnsan resursları üzrə mütəxəssis Aydan Yüzbaşova mövzu ilə bağlı bildirib ki, iş elanlarında vəzifə, öhdəliklər və tələblər aydın şəkildə göstərilməlidir:

"Elanlarda şirkət haqqında məlumatlar şəffaf olmalıdır. Şirkətin hüquqi ünvanı, əlaqə nömrəsi, tam adı və elektron poçt ünvanı mütləq qeyd edilməlidir. İşə qəbul zamanı namizədlərdən heç bir ödəniş tələb olunmur. Sənədləşmə, qeydiyyat və ya təlim adı altında pul istənilməsi fırıldaqçılıq əlamətidir. İnsan resursları nümayəndəsi görüş zamanı işlə bağlı konkret və dolğun məlumat verməli, namizədi tələsdirməməli və ona psixoloji təzyiq göstərməməlidir".

Link kopyalandı!
Son xəbərlər