Qırmızı Bazar sakini: Çox gözəl havası var, qan təzyiqim də yoxa çıxıb
Cəmiyyət
177
15 Jan 2026 | 23:53

Qırmızı Bazar sakini: Çox gözəl havası var, qan təzyiqim də yoxa çıxıb

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürülən sakin Yavər Qurbanov yeni yaşayış şəraitindən razıdır.

Moderator.az xəbər verir ki, o, öz təəssüratlarını "Baku TV" ilə bölüşüb.

Y.Qurbanovun sözlərinə görə, bölgənin iqlimi sağlamlığına müsbət təsir göstərir və köçdükdən sonra qan təzyiqi ilə bağlı problemləri aradan qalxıb: "Çox gözəl havası var. Qan təzyiqim vardı, amma buraya köçəndən sonra təzyiqim yoxa çıxıb".

Gələcək planlarından danışan Y.Qurbanov torpaq sahəsinin ayrılacağına ümid etdiyini vurğulayıb:

O, göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirib, həsrətin sona çatdığını və doğma torpaqlara qayıdışın böyük sevinc yaşatdığını qeyd edib. Sonda şəhidlərin xatirəsini ehtiramla yad edən sakin qazilərə də təşəkkür edib.

Ətraflı reportajda:

 

Link kopyalandı!
Son xəbərlər