Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi
Cəmiyyət
249
15 Jan 2026 | 21:57

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi

Azərbaycanın Milli Qəhrəmanı, İsveç Krallığının Malmö şəhərində vəfat edən Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə vətənə gətirilib.

Cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanıb.

Qeyd edək ki, mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər