Əhali bu bankdan 10 milyon manatlıq depoziti geri çəkib
Cəmiyyət
245
20:15, Bu gün

Əhali bu bankdan 10 milyon manatlıq depoziti geri çəkib

“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin IV rübünün nəticələrini açıqlayıb. 

Moderator.az xəbər verir ki, bank rübü 9 milyon 974 min manat xalis mənfəətlə başa vurub. Bununla belə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 2 milyon 401 min manat və ya 19,4% azdır.

Hesabat dövründə bankın faiz gəlirləri 14,1% artaraq 53 milyon 6 min manata çatıb. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (39 mln. 821 min manat) müşahidə edilib.

IV rübdə “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 6 milyon 608 min manatdan (IV rüb 2024) 13 milyon 461 min manata yüksəlib

Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (12 mln. 67 min manat ) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (1 mln. 393 min manat) ilə bağlıdır.

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri və xarici valyutadan gəlir hesabına artaraq rüb üzrə 28 milyon 699 min manata çatıb. Qeyri-faiz xərcləri isə 45 milyon 685 min manatdan 46 milyon 802 min manata yüksəlib.

Bank mümkün zərərlər üçün yaradılan ehtiyatları 2 dəfədən çox azaldaraq 9 milyon 704 min manatdan bu ilin IV rübündə 3 milyon 514 min manata endirib.  

Ümumilikdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 11 milyon 737 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 27,8% azalmda deməkdir. 2024-cü ilin IV rübündə bu rəqəm 16 milyon 261 min manat təşkil edib.

Son rübdə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri artım göstərsədə depozitlər 7 milyon 11 min manat və ya 1,3% azalaraq 527 milyon 743 min manat olub. Əsasəndə fiziki şəxslərin depozitləri 10 milyon 357 min manat və ya 9,7% azalaraq 96 milyon 410 min manata enib. /Valyuta.az/

Link kopyalandı!
Son xəbərlər