Bakıda ağır qəza: YPX hadisəyə təcili müdaxilə etdi
Cəmiyyət
274
19:21, Bu gün

Bakıda ağır qəza: YPX hadisəyə təcili müdaxilə etdi

Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirli (DİN) məlumat yayıb.

Bildirilib ki, qəza zamanı xəsarət alan şəxslər ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməkliyi ilə avtomobildən çıxarılıblar.

Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə maneəsiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün polis əməkdaşları tərəfindən zəruri şərait yaradılıb.

Link kopyalandı!
Son xəbərlər