Bakıda restoranda söyüşə görə 40 manat cərimə yazılıb? - FOTO
Cəmiyyət
341
17:06, Bu gün

Bakıda restoranda söyüşə görə 40 manat cərimə yazılıb? - FOTO

Bakıda fəaliyyət göstərən restoranlardan birində müştərilərin qeyri-etik ifadələr işlətdiklərinə görə cərimələndiyi iddia olunub.

Moderator.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə restoran çeki olduğu deyilən görüntülər yayılıb.

İddiaya görə, restoranlardan birində müştərilər tərəvəz adları ilə səsləndirilən söyüşlərə görə 5 manat, heyvan adları ilə ifadə olunan qeyri-etik sözlərə görə 10 manat, digər söyüş və nalayiq ifadələrə görə isə 25 manat cərimə edilib.

Məsələnin nə dərəcədə real olduğunu öyrənmək üçün Musavat.com restoranla əlaqə saxlayıb. Müəssisənin əməkdaşı Kənan Asəf saytımıza açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, sözügedən çek zarafat məqsədi ilə hazırlanıb:

“Biz bu çeki zarafat xatirinə çıxarmışdıq. Məqsədimiz həm restorana diqqət çəkmək, həm də müştəriləri söyüş söyməkdən çəkindirmək idi. Lakin sosial şəbəkələrdə bu məsələ elə təqdim olundu ki, sanki biz doğrudan da müştəriləri söyüşə görə cərimələmişik”.

Restoranın Facebook hesabında paylaşılan məlumata görə isə, söyüşə görə cərimə tətbiq edilməsi ilə bağlı aparılan sorğuda iştirak edənlərin 59 faizi bu təklifə qarşı çıxıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub və istifadəçilər məsələ ilə bağlı fərqli mövqelər sərgiləyiblər.

Link kopyalandı!
Son xəbərlər