Yollar buz bağlayacaq, 10 dərəcə şaxta olacaq - Sabahın HAVASI
Cəmiyyət
555
13:28, Bu gün

Yollar buz bağlayacaq, 10 dərəcə şaxta olacaq - Sabahın HAVASI

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 
 
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacaq.
 
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-5° şaxta olacaq.
 
Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacağı ehtimalı var.
Link kopyalandı!
Son xəbərlər