2025-ci ildə pensiya alanların sayı AÇIQLANDI
Cəmiyyət
274
12:28, Bu gün

2025-ci ildə pensiya alanların sayı AÇIQLANDI

"Pensiya təminatı sahəsində 2025-ci ildə ciddi dəyişikliklər qeydə alınmayıb və göstəricilər əsasən sabit qalıb. İl ərzində pensiya alanların sayı 1 milyon 98 min 651 nəfər təşkil edib. Bu da əvvəlki dövrlə müqayisədə cüzi fərqlə xarakterizə olunur".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
 
Qeyd olunub ki, 2025-ci ildə pensiya xərclərinin ümumi həcmi 7,15 milyard manat olub. Bu məbləğ sosial xərclər strukturunda əhəmiyyətli paya malikdir və dövlətin sosial öhdəliklərinin əsas istiqamətlərindən birini təşkil edir:
 
“Orta aylıq pensiyanın ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın 578 manata çatıb. Pensiyalarda artım dinamikasının bu il də davam edəcək”.
 
Link kopyalandı!
Son xəbərlər