Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.
Moderator.az-ın məlumatına görə, bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat veriblər.
O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Qeyd edək ki, onun cənazəsi bu gün axşam Bakıya gətiriləcək.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.