Cəmiyyət
186
14 Jan 2026 | 22:55

"Referans Pharmaceuticals" MMC-nin "Referans Medical Group" ilə əlaqəsi yoxdur

Bəzi media subyektlərində "Referans Pharmaceuticals"ın dövlət qurumları ilə dərman biznesi - araşdırma" başlıqlı yazılar yayılıb.

Moderator.az Modern.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı həmin materiallarda adı çəkilən "Referans Pharmaceuticals" MMC ilə "Referans Medical Group" klinikalar şəbəkəsi arasında hər hansı hüquqi, institusional və ya idarəetmə baxımından əlaqənin olmadığı müəyyən edilib.

Məlumata görə, sözügedən qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir və ayrı-ayrı fəaliyyət göstərirlər.

Qeyd olunub ki, iki qurumun təsisçilik strukturu, idarəetmə mexanizmi və maliyyə fəaliyyəti üst-üstə düşmür. Onların dövlət qurumları ilə münasibətləri və biznes əlaqələri də ayrıca formalaşır və bir-biri ilə əlaqələndirilmir.

Araşdırma nəticələri göstərir ki, yayılan iddialar rəsmi və hüquqi məlumatlarla təsdiqlənmir və "Referans Pharmaceuticals" MMC ilə "Referans Medical Group" arasında əlaqə mövcud deyil.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər