22:29
4°C
Bakı
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncamla bu vəzifə Azər Bayramova həvalə olunub.
Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, A.Bayramov bundan əvvəl maliyyə nazirinin müavini idi.