Bakıda 1,7 milyonluq əmlak HƏRRACA ÇIXARILDI
Cəmiyyət
305
20:55, Bu gün

Bakıda 1,7 milyonluq əmlak HƏRRACA ÇIXARILDI

Bakıda bir sıra restoranların sahibinə məxsus "Face studio" gözəllik salonunun Afiyəddin Cəlilov küçəsindəki filialının yerləşdiyi qeyri-yaşayış sahəsi hərracda satılacaq.

Moderator.az-a teleqraf.az-a istinadla xəbər verir ki, paytaxtın mərkəzində yerləşən və 182.6 m² ərazisi olan obyektin ilkin bazar dəyəri 1.7 milyon manat dəyərləndirilib.

Hərrac yanvarın 27-də start götürəcək.

Qeyd edək ki, "Face studio"nun sahibi Rüfət Bədirov rəssam həyat yoldaşı Fidan Həsənovadan boşanıb. Sözügedən obyektin hərrac yolu ilə satılması da bu proses çərçivəsində nəzərdə tutulan əmlak bölgüsü üçündür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər