Ölkəmizə qarşı ŞOK TƏHDİD – Bakı qarşısını NECƏ ALIR?
Cəmiyyət
333
20:24, Bu gün

Ölkəmizə qarşı ŞOK TƏHDİD – Bakı qarşısını NECƏ ALIR?

Quru sərhədlərimizin bağlı qalmasının “pandemiya” ilə əlaqədar olmadığı hamıya aydındır. Əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Artıq bu təhlükələrin reallaşdığını görürük. Belə ki, İranda baş verən hadisələr bir daha sübut etdi ki, sərhədlərin bağlı qalması səbəbsiz deyil. Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyə edilməsi doğru qərar kimi dəyərləndirildi. Son hücum və İranda baş verən indiki iğtişaşlar Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, İran daxilində baş verən siyasi, iqtisadi və sosial proseslər sərhədlərin açılması və ya bağlanmasına dolayı və birbaşa təsir göstərə bilər:

“Daxili sabitlik artdıqda hökumət adətən ticarət, tranzit və regional əməkdaşlıqda daha açıq mövqe sərgiləyir. Bu halda qonşu ölkələrlə sərhəd-keçid rejimlərinin yumşaldılması və iqtisadi əlaqələrin genişlənməsi ehtimalı yüksəlir. Əksinə, daxili gərginlik, etirazlar, təhlükəsizlik riskləri və ya hakimiyyət daxilində ziddiyyətlər gücləndikdə sərhədlər üzərində nəzarət sərtləşdirilə bilər. Bu, həm təhlükəsizlik məqsədləri, həm də proseslərin xaricə təsirinin qarşısını almaq üçün edilir. Belə dövrlərdə sərhədlərin bağlanması və ya keçidlərin məhdudlaşdırılması daha real olur”.

“Bundan əlavə, İranın daxili prosesləri xarici siyasətə də təsir etdiyindən, regional münasibətlərdə yaranan dəyişikliklər sərhəd məsələlərində qərarların qəbulunu sürətləndirə və ya gecikdirə bilər. Yəni İran daxilindəki vəziyyət sərhədlərin açılması məsələsində həlledici olmasa da, mühüm təsir faktorlarından biridir”, – ekspert yekunlaşdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər