Fərid Orucov bu vəzifəyə TƏYİN OLUNDU
Cəmiyyət
322
10:00, Bu gün

Fərid Orucov bu vəzifəyə TƏYİN OLUNDU

ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.
 
Moderator.az xəbər verir ki, Fərid Orucov ABB-nin Daxili Audit üzrə Ekspertiza Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
 
O, 2016-ci ilin yanvarından indiyə kimi ABB-də Daxili Audit departamenti direktorunun müavini kimi çalışıb. Bu vəzifəyə qədər o müxtəlif banklarda rəhbər vəzifələrdə işləyib.
 
Fərid Orucov 2009-cu ildə Azərbaycan Texnologiya Universitetindən Biznes/İdarəetmə İqtisadiyyatı üzrə bakalavr dərəcəsini əldə edib. Bununla yanaşı Fərid Orucov Koç Universitetində təhsil alıb. /banker.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər