30 mindən çox şəxs Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunacaq
Cəmiyyət
251
13 Jan 2026 | 22:29

30 mindən çox şəxs Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunacaq

"30 mindən çox işsiz şəxsin Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunması nəzərdə tutulur".

Moderator.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də yayımlanan "Hədəf" proqramında sualları cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, 2017-ci ildən etibarən 100 mindən çox işsiz şəxs Özünəməşğulluğun təşkili Proqramına cəlb olunub:

"Birinci Məşğulluğa Dəstək Proqramının icrası başa çatmaq üzrədir. Bu proqram çərçivəsində 26.7 min şəxs aktiv məşğulluq tədbirlərinə, yəni Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunub. İkinci proqram isə 2025-2029-cu illəri əhatə edəcək. Proqram çərçivəsində 30 mindən çox işsiz şəxsin Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunması nəzərdə tutulur".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər