Cəmiyyət
321
16:50, Bu gün

"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq

"ARB" kanalının yayımı yanvarın 15-də 3 saatlıq dayandırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 10-da kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib. Yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.

Beləliklə, "Media haqqında" Qanunun əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməsi ilə bağlı maddə pozulub.

"Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər", - deyə məlumatda vurğualnıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər