20:05
7°C
Bakı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.
Moderator.az Qaynarinfo-ya istinadla xəbər verir ki, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu.