Bizi sosial şəbəkələrdən izləyin:
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı ilin yanvarıb 1-dən evini kirayə verən, lakin vergi orqanında qeydiyyata alınmaq üçün ərizə təqdim etməyən şəxslərə tətbiq olunan cərimə 40 manatdan 200 manata qaldırılıb.
Bundan başqa, kirayə gəlirləri üzrə hesabat təqdim etməyənlər 40 manat, vergi məbləğini az göstərənlər isə yayındırılmış məbləğin 50 faizi həcmində cərimələnəcək.
Dəyişikliklərin əsas məqsədi kirayə müqavilələrinin rəsmiləşdirilməsini təşviq etmək və vergidən yayınma hallarının qarşısını almaqdır. /Metbuat.az/