Azərbaycanda 1 şəhər və 4 rayonda icra başçısı yoxdur
Cəmiyyət
676
12:52, Bu gün

Azərbaycanda 1 şəhər və 4 rayonda icra başçısı yoxdur

Azərbaycanda 1 şəhər və 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur.
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Naftalan şəhərində, Nəsimi, Culfa, Gədəbəy və Ağdərə  rayonlarında icra başçısı vəzifəsi boşdur.
 
2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.
 
Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad edilib. O, həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.
 
2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.
 
Keçən il noyabrın 12-də Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda onun yeri boşdur.
 
Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər