Dayanmadan qar yağacaq, güclü külək əsəcək - Sabahın HAVASI
Cəmiyyət
501
12:41, Bu gün

Dayanmadan qar yağacaq, güclü külək əsəcək - Sabahın HAVASI

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1° şaxtdan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər