Bakıda və Abşeron rayonunda su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur
Cəmiyyət
1270
16:28, Bu gün

Bakıda və Abşeron rayonunda su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur

Bakı, Sumqayıt, Xırdalan və 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Vurğulanıb ki, dayanıqlığın təmin olunması əsas məqsədlərdəndir.

Bundan başqa, suyun uçotu sisteminin təkmilləşdirilməsi, sayğaclaşdırma səviyyəsinin 100 faizə çatdırılması, su itkilərinin 20 faizdən salınması, yağış və tullantı suları sistemlərinin yenilənməsi və inkişaf etdirilməsi üzrə, 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası, tullantı sutəmizləyici 9 yeni qurğunun tikintisi, 30 küçədə yeni yağış və tullantı su şəbəkəsinin tikintisi, alternativ su mənbələrindən istifadə üzrə, Hövsan qəsəbəsində təmizlənmiş tullantı sularından təkrar istifadə imkanlarının təmin edilməsi və dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar illik 100 milyon kubmetr içməli su təminatının yaradılması, Bakı Metropoliteni stansiyalarında və digər ərazilərdə formalaşan qrunt sularından istifadəyə dair 3 pilot layihənin həyata keçirilməsi dövlət proqramında yer alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər