“Tamstore”da vitrinlə çek qiyməti fərqlidir? – Qiymət narazılığına rəsmi mövqe 
Cəmiyyət
1939
14:27, Bu gün

“Tamstore”da vitrinlə çek qiyməti fərqlidir? – Qiymət narazılığına rəsmi mövqe 

“Tamstore”da yer fıstığının qiyməti ilə bağlı paylaşım edilib.

Moderator.az xəbər verir ki, edilən paylaşımda məhsulun vitrin qiyməti ilə alınan məbləğ arasında fərq olduğu iddia edilib.

Bildirilib ki, kassa ilə vitrin qiyməti arasında  7 qəpik fərq var. Vitrində 1 manat 48 qəpik olan məhsulun qiyməti çekdə 1 manat 55 qəpik olaraq qeyd edilib.

“Tamstore” mağazalar şəbəkəsindən nocomment.az-a verilən açıqlamada iddianın həqiqətə uyğun olmadığı bildirilib.

“Vitrindəki ilə çekdə vurulan məhsullar fərqlidir. Çekdə vurulan məhsulun vitrindəki qiyməti də 1 manat 55 qəpikdir”, – məlumatda qeyd edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər