Şəhid ailələrinə, qazilərə verilən mənzil və avtomobillərin sayı AÇIQLANDI
Cəmiyyət
1938
13:01, Bu gün

Şəhid ailələrinə, qazilərə verilən mənzil və avtomobillərin sayı AÇIQLANDI

Vətən Müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə, həmçinin əlilliyi olan şəxslərə verilən evlərin sayı açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov DOST TV-nin efirində çıxışı zamanı məlumat verib.
 
O bildirib ki, post-müharibə dövründə qeyd olunan kateqoriyaya aid 7000-dən çox şəxs mənzillərlə təmin olunub:
 
"Ümumilikdə bu günə qədər 16000-dən çox şəxsə mənzil verilib. Agentlik həmçinin müharibə əlillərinə avtomobillərin verilməsini təmin edir. Post-müharibə dövründə 567, ümumilikdə isə bu günə qədər 7000-dən çox şəxsə avtomobil verilib".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər