Ağadadaş Ağayev cəzadan azad edildi
Cəmiyyət
1585
12:02, Bu gün

Ağadadaş Ağayev cəzadan azad edildi

Xalq artisti Ağadadaş Ağayev amnistiyaya düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, A.Ağayev cəzadan azad olunub.
 
Xatırladaq ki, Ağadadaş Ağayevə 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin edilən cəza şərti hesab edilərək 1 il sınaq müddəti seçilmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər