Bir həftə əvvəl Qobustandakı qəzada yaralanan şəxs xəstəxanada ölüb
Cəmiyyət
1679
11 Jan 2026 | 17:05

Bir həftə əvvəl Qobustandakı qəzada yaralanan şəxs xəstəxanada ölüb

Bir həftə əvvəl Qobustan rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, yanvarın 4-də Qobustan rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Qax rayon sakini, 27 yaşlı Rəfa Rizvan oğlu Ağalı həkimlərin göstərdikləri səylərə baxmayaraq Bakıda Kliniki Tibbi Mərkəzdə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınmışdı. Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşmuşdu. Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət almışdı.

Link kopyalandı!
Son xəbərlər