Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı yayılan iddialara münasibət bildirdi
Cəmiyyət
1173
10 Jan 2026 | 17:48

Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı yayılan iddialara münasibət bildirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
Dövlət Komitəsindən Moderator.az-a bildirilib ki, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.
 
"Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür", - məlumatda qeyd olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər