Keçmiş jurnalistə Dövlət Komitəsində YÜKSƏK VƏZİFƏ VERİLDİ
Cəmiyyət
874
10 Jan 2026 | 12:10

Keçmiş jurnalistə Dövlət Komitəsində YÜKSƏK VƏZİFƏ VERİLDİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.

Moderator.az Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.

Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.

Dini Komitə Aparatının yeni rəhbəri Elşad Miraləm 1977-ci ildə Goranboy rayonunda anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial idarəetmə və Politologiya İnstitutunda politologiya ixtisası üzrə bakalavr təhsili alıb.

2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında magistr pilləsini bitirib.

Elşad Miraləm əmək fəaliyyətinə jurnalist kimi başlayıb. O, 2005-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb. 2018-2020-ci illərdə CBC TV-də Azərbaycan redaksiyasının baş redaktoru işləyib.

2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.

Keçmiş jurnalistə Dövlət Komitəsində YÜKSƏK VƏZİFƏ VERİLDİ

Link kopyalandı!
Son xəbərlər