Paytaxtda yeni işıqforlar quraşdırılıb
Cəmiyyət
1348
09 Jan 2026 | 17:50

Paytaxtda yeni işıqforlar quraşdırılıb

Paytaxt ərazisində yeni işıqforlar quraşdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində olan köhnə nəqliyyat və piyada işıqforları yenilənib, dublyor işıqforlar quraşdırılıb.

Qeyd olunub ki, bunlarla yanaşı, kəsişmədə daha hündür "L" və "A" tipli dirəklərin quraşdırılması ilə işıqforların görünmə dairəsi genişləndirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər