Mubariz Mənsimovdan açıqlama: “Adımı ləkələmək istəyirlər”
Cəmiyyət
2592
09 Jan 2026 | 17:09

Mubariz Mənsimovdan açıqlama: “Adımı ləkələmək istəyirlər”

Palmali Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimov Ekol TV haqqında mediada yer alan və onun adı ilə əlaqələndirilən iddialara münasibət bildirib.

Moderator.az xəbər verir ki, M. Mənsimov rəsmi sosial media hesabları üzərindən açıqlama yayımlayıb.

Palmali Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimov mediada onun adı ilə əlaqələndirilən Ekol TV iddialarına rəsmi sosial media hesabları üzərindən münasibət bildirib.

"Bir sıra KİV-lərdə Ekol TV adlı televiziya kanalı ilə bağlı şəxsim haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. Adı çəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Bu cür iftiraya yönəlmiş iddialar əvvəllər də ortaya atılmışdır. Şəxsimi ləkələmək məqsədilə irəli sürülən bu iddiaları ən qətiyyətli şəkildə pisləyirəm. İctimaiyyətin məlumatına hörmətlə çatdırıram” – Mənsimov qeyd edib.

Qeyd edək ki, barəsində bağlanmaq qərarı verilən Ekol TV-yə qarşı “qarapul yuma” üzrə aparılan istintaq genişləndirilib. Gizli şahidin ifadələri və daxil olan məlumatlar əsasında başlanan istintaq, kanalın qanunsuz mərclər və qarapul dövriyyəsi vasitəsilə maliyyələşdirildiyi iddiası ilə davam etdirilir. İstintaqda kanalın sahibi kimi adı hallanan iş adamı Mübariz Mənsimov, Veysel Şahin, hüquqşünas Prof. Dr. Ersan Şen, Ekol TV Baş İcraçı Redaktoru Emrah Doğru, sabiq jandarma baş komandanı və İdarə Heyəti üzvü Arif Çətin daxil olmaqla 12 nəfər şübhəli kimi qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər