Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat
1333
09 Jan 2026 | 16:37

Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına yeni rəis müavini təyin edilib.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev akademiyanın rəis müavini təyin olunub.

Nazirin digər əmri ilə uzun illər akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl FHN-in Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, FHN Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.

Fotoda Aslan Hüseynov

Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat

Fotoda Tamerlan Allahverdiyev

Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər