23:14
6°C
Bakı
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatına görə, AZAL – Azerbaijan Airlines aviaşirkəti Bakı–Tehran–Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.
Moderator.az xəbər verir ki, bu barədə aviaşirkət tərəfindən məlumat verilib.
Bildirilib ki, sözügedən marşrut üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və sərnişinlər dərhal məlumatlandırılacaqlar.
AZAL yaranmış narahatlığa görə üzr istəyərək, göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edib. Aviaşirkət vurğulayıb ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.
Sərnişinlər yeniliklər barədə məlumat almaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected].