Bu tiktokerlərin də cinayət işinə xitam verildi
Cəmiyyət
1355
09 Jan 2026 | 13:07

Bu tiktokerlərin də cinayət işinə xitam verildi

“Tiktok” əməliyyatı zamanı saxlanılan beş tiktoker barəsində cinayət işi ilə bağlı qərar qəbul edilib.
 
Moderator.az-ın məlumatına görə, “Tiktok” əməliyyatı zamanı saxlanılan Vüqar Kərimov, “Magerramov” ləqəbli Əmrah Məhərrrəmov, "Vaqa" ləqəbli Vüqar Zeynalzadə, ”Xan” ləqəbli Əsgər Əlizadə, “Nuh” ləqəbli Nuh Məmmədzadənin cinayət işinə xitam verilib.
 
Qeyd edək ki, bir neçə gün öncə Azər Zahid və köməkçisinin də cinayət işinə xitam verilmişdi.
 
Tiktokerlər Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə təqsirli biliniblər. /APA/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər