Yanvar ayı üzrə pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Cəmiyyət
1135
08 Jan 2026 | 20:15

Yanvar ayı üzrə pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

Moderator.az Milli.az-a istinadən xəbər verir ki, pensiyalar yanvar ayının 13-də ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1.1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı ortaaylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda ortaaylıq əməkhaqqı 9.7% artaraq 1 093 manata çatıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər