Cəmiyyət
1260
08 Jan 2026 | 17:39

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

Bakının Sabunçu rayonundakı "Zabrat maşınqayırma zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə əlaqədar investisiya müsabiqəsinə yekun vurulub.

Moderator.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, daha əlverişli şərtlər təklif etmiş "ZMZ Metal" MMC müsabiqənin qalibi elan olunub, onunla alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, investor maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 3 milyon manat köçürmək, habelə 2 il ərzində müəssisədə 7,5 milyon manatlıq İnvestisiya Proqramı icra etmək öhdəlikləri götürüb. İnvestisiya Proqramı çərçivəsində müxtəlif növ mexaniki konstruksiyaların və quraşdırma prosesində istifadə olunan detalların istehsalının təşkil edilməsi, müəssisədə ekoloji təmiz isti sinkləmə sexinin və müvafiq qurğuların quraşdırılması, yeni avadanlıqların alınması, mövcud avandanlıqların təmiri, yeni tikililərin inşası, nəqliyyat vasitələri və texnikaların alınması, infrastrukturun (elektrik enerjisi, qaz, su, kanalizasiya) təkmilləşdirilməsi nəzərdə tutulur.

İnvestisiya qoyuluşları nəticəsində müəssisədə 100 yeni iş yerinin yaradılması planlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər