Qanunsuz işdən çıxarılan 89 nəfər əvvəlki vəzifələrinə bərpa olundu
Cəmiyyət
1454
08 Jan 2026 | 15:56

Qanunsuz işdən çıxarılan 89 nəfər əvvəlki vəzifələrinə bərpa olundu

Ötən il işəgötürənlərin sosial xarakterli ödənişlər olan 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirdiyi müəyyən edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
 
Bildirilib ki, həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
 
Həmçinin 89 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər