Bizi sosial şəbəkələrdən izləyin:
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin (DVX) Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi tutduğu vəzifədən azad olunub.
Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Məhəmməd Xəlil oğlu Əhmədov Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən çıxarılıb.
O, digər əmrlə muxtar respublikadakı 2 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.