Sumqayıtda 800 abonentin qazı kəsiləcək
Cəmiyyət
1500
08 Jan 2026 | 11:42

Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.
 
Bildirilib ki, şəhərin "Qurd dərəsi" adlanan ərazisinin bir hissəsində Şəhər Qaz Tənzimləyici Məntəqəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.
 
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər