Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb - YENİLƏNİB
Cəmiyyət
1971
07 Jan 2026 | 21:05

Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb - YENİLƏNİB

Bu gün saat 20:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.

Bu barədə Moderator.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

"Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda vurğulanıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Əlavə məlumatlar təqdim ediləcək.

Bu gün saat 20:00 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşüb.

Moderator.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin Mətbuat xdməti məlumat yayıb.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

Bütün səylərə baxmayaraq ərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər