Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb - FOTO
Cəmiyyət
1708
07 Jan 2026 | 19:30

Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət cədvəli açıqlanıb - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC yanvarın 12-dən etibarən istifadəyə veriləcək Gəncə-Qəbələ-Gəncə qatar marşrutu üzrə hərəkət qrafikini açıqlayıb.

Bu barədə Moderator.az səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata əsasən, bu marşrut üzrə qatarlar hər gün hərəkətdə olacaq.

Qeyd edək ki, Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4,30 manat Ləki–Qəbələ istiqamətində isə 1,70 manat təşkil edəcək.

Hərəkət cədvəlini təqdim edirik:

1455801

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər