Bizi sosial şəbəkələrdən izləyin:
İl ərzində terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə bağlı 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
İl ərzində Dövlət Sərhəd Xidmətinin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.