Stomatoloqlar aksiya keçirir: TƏBİB-dən reaksiya - VİDEO
Cəmiyyət
1946
07 Jan 2026 | 14:50

Stomatoloqlar aksiya keçirir: TƏBİB-dən reaksiya - VİDEO

Rayonlarda fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in inzibati binası qarşısında qarşısında toplaşıb.

Moderator.az xəbər verir ki, aksiyada təxminən əlliyə yaxın stomatoloq iştirak edir.

Onlar ixtisar qərarlarının ləğv edilməsini və bu məsələyə yenidən baxılmasını tələb edirlər.

Xatırladaq ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən ilin noyabr ayında keçirdiyi mətbuat konfransında sözügedən məsələ toxunmuşdu:

"İlin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bu günədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələrimiz var ki, oraya bir il ərzində 1 nəfər belə müraciət etmir. Deməli, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək, xidmətin səviyyəsi qənaətbəxş deyil.

Vacib məqam vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır. Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib".

Xatırladaq ki, Azərbaycanda ötən il ərzində 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, 33 lisenziya şərtləri sualı üzrə, 16 lisenziya olmadan iş və fəaliyyət, 8 lisenziyadan kənar iş və fəaliyyət, 9 sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2 lisenziya olmadan iş və fəaliyyət, Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5 sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı aşkarlanıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər