Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Taekvando Federasiyasının əməkdaşı, tanınmış jurnalist Zaur Hüseynov (Zahidoğlu) vəzifəsindən istefa verib.
Moderator.az Qaynarinfo-ya istinadla xəbər verir ki o, 2011-ci ildən indiyədək federasiyada mətbuat katibi, sənəd dövriyyəsi üzrə baş mütəxəssis kimi vəzifələrdə çalışıb. Bildirilir ki, tanınmış jurnalist öz ərizəsi ilə işdən çıxmaq qərarı verib.
Qeyd edək ki, bu, Azərbaycan Taekvondo Federasiyasında ilk belə hadisə deyil. Belə ki, mediada yer alan xəbərlərə görə, 2025-ci ilin yayında federasiyanın baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb. Baş katiblə yanaşı, komandanın həkimi Ruslan Şərifov da milli komandadan gedib. Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə bu addımı atdığı bildirilib. Federasiya isə bu məlumatı təkzib etmişdi.
Bundan başqa, 2023-cü ilin Bakıda keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra bir sıra federasiya əməkdaşları işindən kənarlaşdırılmışdı. Hətta o zaman çox keçmədən federasiyanın icraçı vitse-prezidenti Nağı Səfərov tutduğu vəzifəsindən ayrılmışdı.
Qeyd edək ki, Taekvando Federasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
