(Türklərin həyatın yaradılışı haqqında “Qurd nəzəriyyəsi”ndən bir parça ixtisarla)
Tarixin qaranlıq səhifələrində bir çox qaranlıq məqamlar var. Həmin qaranllıq məqamlardan biridə ağqoyunlu və qaraqoyunlu sözündəki qoyun sözüdür. Demək olar ki, bütün mənbələrdə qoyun sözü, yunundan istifadə etdiyimiz, ətini bişirib yediyimiz qoyun kimi başa düşüb və ya düşür. Ancaq, dilimizdə bir deyil, iki qoyun sözü var ki, biri qeyd etdiyimiz qoyuna, digəri isə tamamilə başqa məna ifadə edən qoyun sözünə aiddir.
Ağ qoyun və qara qoyun.
Cürcan (Gürgan-müəllif Z. M) məliyi Keykavus ibn İsgəndər “Qabusnamə”adlı əsərində tatarların türklər arasında zəhmət və məşaqqətə ən çox qatlanan qövm olduğunu yazır. Yenə ona görə bunlardan ən igid və bahadır olan Kay (Qay, qoy qövmü. Müəllif Z. M) qövmüdür. Eyni əsrdə Qaşqarlı Mahmud (Maħmūd əl-Kašğari. "Dīwān Luğat al-Türk". James Kelly ilə birlikdə Robert Dankoff tərəfindən redaktə olunmuş və tərcümə edilmişdir. İldə Şərq dilləri və ədəbiyyatı mənbələri. Hissə I. (1982). səh. 82-83. Ensiklopediya site:az.wikiqube.net) tatarları Türk qövmləri zikr edir və xəritəsində yurdlarının olduğu yeri göstərir. Tatarların Türk dilini bilməklə Kay, Yabaqu və basmillər kimi ayrı bir dilləri olduğunu yazır. (Ənvər Çingizoğlu, “Dəvəli Qacarları”. Bakı-Mütərcim-2018. Səh. 39).
Kay dilini anlamaq üçün Altay xalq ədəbiyyatına aid olan “Qay dastanı”nı (“İki Destan”, Saim Sakaoğlu, “Maaday Kara Destanı”, Ahmet Dağlı) nəzərdən keçirmək lazımdır. Altay türklərində qəhrəmanlıq dastanlarına “qay”adı verilib. Dastanın izahçısınada “qayçı” deyilib. Bu terminlərin törətdiyi “qay”sözü isə insanın sinəsindən çıxan səs deməkdir. Dastan söyləmək də (qırtlaq vasitəsilə) “qaylamaq” felindən istifadə edirlər. (Mənbədən istifadə olunub).
Dilimizdə olan “qay” (qoy, quy və s) sözüylə bir çox sözlər başlayır. Əslində “qay” üçkünc formadır. Demək olar ki, bunu bütün qay sözü ilə başlayan bütün sözlərdə görmək mümkündür. Onlardan biridə yuxarıda qeyd etdiyim qayçıdır.
Qayçının ağzı açıq halda “qay”, ağzının bağlanması isə “çı” dır. Birlikdə olur qayçı. Burada “qay” ağzı açıq, yəni ağız anlamına gəlir. Azərbaycan atalar sözlərindən biridə belədir.
O yanı qaya,
Bu yanı qaya.
İçində sarı maya.
Yumurta
Tapmacanın açması yumurtadır. Şəkildən göründüyü kimi “qaya” yumurta qabığının yarısıdır. İki “qaya” birləşib yumurta qabığını əmələ gətirir. Qay isə yumurta yarısının, yarı qabığını şauquli istiqamətdə iki yerə böləndə “qay forması” əmələ gətirir. Milli mətbəximizin bir parçası olan qayğanaq yeməyindəki “qay” sözü yumurta deməkdir. Məsələnin maraqlı tərəfi isə qay sözünün bir tapmacamızda şifrələnməsidir. İki qay birləşib qayanı əmələ gətirir. İki “qaya” isə yumurtanı.
Haçaqaya
Qayada ağırlıq var. Qayada batmanlıq var. “Qaya uçub gəldi, qaçın!”. Qaya qarşısından qaçılandır.
Ağcaqayın ağacının yarpağına baxdıqda yarpağın dilimlərinin çıxıntılı və girintili olduğunu “qay forması”nda oldduğunu görürük.
Türk qardaşlarımızın “kayıyorum” sözü dilimizdə sürüşmək anlamına gəlir. Dağ “qay forması”nda olduğundan “kayıyorum” sözü dağdan, yəni “qay”dan sürüşmək anlamında işlədilmişdir, sürüşmək sürünməyin tezləşdirilməsidir.
Qayıq iki “qay”ın birləşməsindən yaranmış sözdür. Quyu, “quy” (dərinliyə doğru) formasındadır.
“Əlini qoynuna qoy və ya əlini qoynunda çək” sözündəki qoy sözü burada hər iki qolun içəriyə doğru qatlanması və “qay forması”nı alıb sinədə birləşdirilməsidir.
Əllərini qoynuna qoymaq
Qolumuzun çarpaz şəkildə bir-birinə keçirilməsidir. Və dilimizdə bir söz var ki, yuxarıda qeyd etdiyim qoyunu deyil, tamam başqa bir sözü, qoy sözündən alınmış sözü özündə ehtiva edir. Kiminsə, rahatlıq axtarışında olan bir adamın arxasınca “O, isti qoyun gəzir, başın qoyub sinəyə rahatlana” deyilir. Qollarımızı qatlayıb sinəmizə çarpazlayıb qoyduğumuz yerdə qoyun adlanır. Buradan qayılıların ittifaq yaratdıqları aydın olur ki, buna bu gün konfederasiya deyilir. Ağqoyunlu və Qaraqoyunlu ağqayılıların və qaraqayılıların yaratdıqları konfederativ dövlətlər idi.
Həmçinin, bir canlıda var ki, onun hər tərəfi “qay”dır. İlanın dili, başı və bədəni “qay forması”ndadır. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini qayılılar, yəni “ağ ilanlar” və “qara ilanlar” qurmuşdular. İlan böyük qurddur. Böyük qurd isə türkdür. Yəni, ağqoyunlu və qaraqoyunlu dövlətləri ağ türklərin və qara türklərin ölkəsi idi. İlan bu gündə sürü halında başqa ilan sürüsü ilə davaya gedir. Ancaq, qoyunun davaya getməsini heç kim hələ görməyib. Həmçinin, Azərbaycan xalq nağıllarında “ağ ilanların” və “qara ilanların” ölkəsindən bəhs olunur. Buradan isə ağ türklərin və qara türklərin özlərini nağıllarda rəmzləşdirməsi aydın olur.
“Qoy yıl”ı ifadəsi “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu – Qacar nəsli” kitabında (səh. 121) və “Nadir şah Əfşarın Fərman və Məktubları”ndada (səh. 86) keçmişdir. “Qoy yıl”ı ifadəsində “qoy” əli və ayağı olmayan əjdaha ili anlamına gəlir.
İlan Avşar damğası üzərində də “qay baş”lı əjdahanı görürük
Avşar damğası üzərində əlləri və ayaqları olan “qay baş”lı əjdahanı görürsünüz. Həmçinin, Ağqoyunlu dövləti bağrağı üzərində qayı, yəni ilanı görürsünüz. Qaraqoyunlu dğvləti bayrağı üzərində isə iki başlı ialnı (əjdaha) görürsünüz.
Qara Qoyunlu dövlətinin bayrağı və sikkəsi. Sikkəni ortasında bayrağın üzərində olan iki başlı əjdaha təsvir olunmuşdur. (The Qara Qoyunlu Rulers of Eastern Anatolia and Azerbaijan 809-874 H/1406-1470 AD. İsgandar ibn Qara Yusif 825/841 H/1422-1438 AD. Mardin-in south eastern Turkey.).
Qaraqoyunlu dövlətinin bayrağı üzərində olan təsvir qoç başı deyil, ilanın əjdahasının başının təsviridir. Bu təsvirdə açıq-aydın görünür. Bayrağı tərsinə çevirdikdə insan bədəninə bitişik qara ilan təsviri alınır. Sanki, bayraq iki başlı istifadə olunmuşdur. Dinc dövrdə soldakı, cəng vaxtı isə sağdakı təsvirdəki kimi asılırmış.
Qara Qoyunlu sikkəsi. Sikkədə yan-yana iki ilan, iki əjdaha təsvir olunmuşdur.
(Qara Qoyunlu. Sultan Husayn Barqara. 3rd reign, 873-911/1469-1506. AR tanka (17 mm, 5.05 g). 'Behbud' in eye-shaped cartouche, c/m on a tanka of the Qara Qoyunlu Lu, Jahanshah of Lahijan. Cf. Album 2437 and 2493. VF.).
Qara Qoyunluların təsvir olunan digər bayrağında iki başlı qara əjdaha təsvirini görürük. Arxa hissə sivri quyruqlu bədən, önə doğru vüqarla başını dik tutmuş iki başlı əjdaha təsviridir.
Əjdəha, bükə, luu, nek adları ilə səsləşən kainatın dərki öküz (buğa) motivi daxil su ünsürü ilə əlaqədardır. Türklər ümumiyyətlə əjdahaya yilbəgən, jilbəgən, celbegen deyirlərdi. Kaşğarlı Mahmud Divani Lüğətit Türk əsərində əjdahaya yilbüəkə deyir (Füzuli Bayat, Türk Mitolojik Sistemi II. s. 250).
Lu (luu) sözünün əjdaha sözü olduğu aydın oldu. Maraqlıdır ki, qeyd olunan sikkədə “Qara Qoyunlu Lu” sözü keçir ki, Qara Qoyunlu Əjdaha sözü ortaya çıxmış olur ki, qeyd etdiklərimizin danılmaz sübutudur.
Üzərində ilan təsviri olan Elxanilər dövlətinin bayrağı. (FIGURE 10. Dragon banner as illustrated in a Šāh-nāma manuscript of the Il-Khanid period (after Survey of Persian Art X, Pl. 834). (Šāh-nāma, Moscow, I, pp. 64-65; cf. ibid, III, p. 63, v. 11).
(Banners with stars in Tīmūr’s army during attack on a rebel encampment. Detail of an illustration in Šaraf-al-Dīn Yazdī, Ẓafar-nāma, MS Tehran, Golestān Palace Library (after Survey of Persian Art X, p. 907.).
Üzərində əjdaha təsviri olan Teymurilər dövlətinin Məhəmməd Cuki dövrünün bayrağı.
Ağqoyunlu dövlətinin bayrağı. Bayraq üzərində ağ ilanı görürük.
Üzərində aslan və günəş təsviri olan Ağqoyunlu dövləti sikkəsi. Sikkənin əks tərəfində Ağqoyunlu damğası vardır. (LEU NUMISMATIK, WEB AUCTION 14, ЛОТ 2067. Early Medieval & Islamic ISLAMIC, Persia (Post-Mongol). Aq Qoyunlu. Anonymous. Fals (Bronze, 22 mm, 3.14 g), after AH 873 = AD 1468/9. Lion to right; behind, sun-face. Rev. Tamgha of the Aq Qoyunlu within circle; around, legend in Kufic. Album 2563A. Very fine).
.
Üzəridə asaln və günəş təsviri olan Ağqoyunlu dövlət sikkəsi
(STEPHEN ALBUM RARE COINS, AUCTION 34, ЛОТ 946Islamic - Post-Mongol Iran & Timurid AQ QOYUNLU: Anonymous, AE fals (3.23g), NM, ND, A-2563, lion & sun // Aq Qoyunlu tamgha, VF, R).
Astarada tapılmış ulu Xaqan 1-ci Şah İsmayıl Səfəvi dövrünə aid ələm-bayraq. Ələm bayraq ulu Xaqan 1-ci Şah İsmayıl Səfəvinin başıçılıq etdiyi qoşuna aiddir. (Bayraq-ələm Astara rayonu Şiyəkəran kəndində Yunus Qulamovun evində qorunur) və Ulu Xaqan 1-ci Şah İsmayılın və Ağqoyunlu Muradla döyüşünü əks etdirən miniatür
Səfəvi dönəmi bayraqları. Miniatür.
( Sputnik. Rahim Murad) . FIGURE 20c. Early
Safavid banners. After Lillys, Fig. 2. (W.
Lillys, Persian Miniatures: The
History of Rustam, Tokyo, 1958.)
Dilimizdə belə bir deyim var.Kiminsə, təhlükəli olduğunu bildirəndə onun haqqında: “O, ayaqsız ilandır” deyirik. Buradan ayaqsız əjdahaların, ayaqlı əjdahalardan daha təhlükəli olduğu aydınlaşır. Həmçinin, dilimizdə qayınana, qayınata və qayın sözləri var. “Qay” sözünü burada ilan sözü ilə əvəz etsək, “ilanata” “ilanana” və “ilan” olacaqdır. Və yenə dilimizdə belə bir deyim var: “Yenə dili ilə çaldı məni” və ya “Yenə dili ilə məni zəhərlədi”. Həmçinin, dilimizdə nəvəni əzizləyərkən, (bu tərəf, o tərəfi bəyənməyəndə) “balamın balası, yarısı ilan balası” deyimi bu sözlərin haradan qaynaqlandığını göstərir. Bir hadisə baş verəndə, övlad bir bəladan salamat qurtaranda isə belə deyilir: “İlan sürünsün, balasıda arxasıncan”.
Bütün qeyd etdiklərimizdən aydın olur ki, türk dövlətlərinin bayraqlarında ilan (böyük qurd) və ya əjdaha təsviri əslində onların özlərini rəmizləşdirməsidir. Türk-böyük qurd, əjdaha deməkdir. Qayı boyu-ilan (əjdaha) boyudur.
Tədqiqatçı: Mirzəyev Zaur Ramiz oğlu