Ağdamda avtonom radiomonitorinq stansiyası istismara verilib
1873
07 Jan 2026 | 12:11

Ağdamda avtonom radiomonitorinq stansiyası istismara verilib

Ağdam şəhərində yeni avtonom radiomonitorinq stansiyası istismara verilib.

Moderator.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi məlumat yayıb.

Bildirilir ki, günəş enerjisi ilə işləyən stansiya müasir SDR ( proqram əsaslı radioqəbuledici) texnologiyası və proqram təminatı əsasında fəaliyyət göstərməklə Ağdam şəhəri və ətraf ərazilərdə yerli və kənar radioyayımlara, eləcə də radiotezlik spektrinə məsafədən, real vaxt rejimində 24/7 nəzarət imkanı yaradır.

Qeyd edilir ki, bu, ötən il ərzində quraşdırılan beşinci stansiyadır. Ümumilikdə isə ölkə ərazisində 16 radiomonitorinq stansiyası istifadəyə verilib.


Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər