14:04
8°C
Bakı
Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ətrafında parking yaradılıb.
Moderator.az xəbər verir ki, körpü infrastrukturu boyu 20 Yanvar dairəsinə doğru M. Cəfərov küçəsində yaradılan parkingin ödənişli olacağı bildirilir.
Qeyd edək ki, bundan əvvəl 3-cü mikrorayon dairəsi, körpünün alt hissəsində qanunsuz taksi və sərnişin daşıma xidməti göstərən avtomobillər dayanırdı. Daha sonra isə ərazinin ətrafına dəmir məhəccərlər quraşdırılmışdı.
