Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
Cəmiyyət
2059
07 Jan 2026 | 09:21

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
 
O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir:
 
"Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir".
 
 
Link kopyalandı!
Son xəbərlər