Bizi sosial şəbəkələrdən izləyin:
Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və rəqəmsal idarəetmə şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Moderator.az xəbər verir ki, Amil Həsənov nazirliyin şöbəsinə rəhbər olaraq təyin edilib.
Qeyd edək ki, o bu vəzifəni ötən ilin 24 oktyabrından icra edir.
Amil Həsənov 2017 – 2024-cü illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyində müxtəlif vəzifələrdə işləyib.
2012 – 2017-ci illərdə Dövlət Neft Fondunda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, aparıcı mütəxəssis vəzifələrində çalışıb. Bundan öncə isə özəl sektorda hüquqşünas vəzifəsində işləyib.
O, 2009-cu ildə Dövlət İdarəçilik Akademiyasının bakalavr, 2012-ci ildə isə ADA Universitetinin magistr pilləsini bitirib. /Teleqraf/